Accessibility links

Üsyançılar Homs şəhərini tərk edir


Hökumət qüvvələri ilə əldə edilən razılığa əsasən yüzlərlə insan Suriyanın mərkəzində Homs şəhərinin üsyançıların nəzarətində olan sonuncu sektorunu tərk edir.

Suriya qüvvələri vətəndaş müharibəsi zamanı bir neçə il bu ərazini mühasirədə saxlayıb.

Homs şəhərinin qubernatoru Talal Baraz müxbirlərə yüzlərlə insanın ərazini tərk edəcəyini deyib.

“Bu gün 100 ailə və 300 silahlı şəhərdən çıxacaq. Bunlara 400 qadın, uşaq və mülkü vətəndaş daxildir” - deyə Talal Baraz bildirib.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, təxminən 750 insanın bu gün ərazini tərk edəcəyi gözlənilir.

Üsyançılar şəhəri tərk edən kimi Suriya hökuməti paytaxt Dəməşqdən 150 kilometr şimalda yerləşən Homs şəhərinə tam nəzarət etməyə başlayacaq.

Suriyanın gələcəyinə dair hərtərəfli sülh razılığının əldə edilməsi səyləri az nəticə verib, bir neçə ərazidə yerli danışıqlar isə baş tutmayıb.

BMT və dünya qüdrətləri yanvarın 1-dək BMT-nin vasitəçiliyi ilə Suriya hökuməti və fərqli müxalifət qrupları arasında danışıqlar keçirilməsi üzərində işləyir.

XS
SM
MD
LG