Accessibility links

Suriyada hökumət istefa verdi


Suriyada hökumət istefa verdi
Suriyada hökumət istefa verdi

Dövlət mediası xəbər verir ki, baş nazir Məhəmməd Naci əl-Otarinin hökuməti istefa vermiş və prezident kabinetin istefasını qəbul etmişdir. Hökumətin istefası bir həftədən artıq süreən anti-hökumət nümayişlərinin fonunda baş verir.

Prezident Bəşər əl-Əsədin xalqa müraciətinin gözlənildiyi bir vaxt, bu gün Suriyada minlərlə hökumət tərəfdarı yürüş keçirib. Paytaxt Dəməşq və digər iri şəhərlərdə insanlar əllərində prezidentin şəkillərini və bayraqlar tutaraq hökumətin icazəsi ilə keçirilən nümayişlərdə prezidenti dəstəkləyiblər. Xəbərlərdə prezidentin yaxın günlərdə artıq 50 ilə yaxındır davam edən edən fövqəladə vəziyyət haqda qanunun ləğvi barədə açıqlama verəcəyinin gözlənildiyi deyilir.

Müxalifətin son həftədə keçirdiyi nümayişlər prezident əsədin 11 illik hakimiyyətinə ən ciddi təhlükə kimi qiymətləndirilir. Təhlükəsizlik qüvvələri nümayişləri qəddarlıqla dağıtmağa çalışmış və çox sayda adam öldürmüşlər. Human Rights Watch etiraz dalğası başlanandan bəri azı 61 adamın öldürülüdüyünü təxmin edir.

XS
SM
MD
LG