Accessibility links

Dəməşqdə 3 intiharçı hücumu həyata keçirilib


Suriyanın paytaxtı Dəməşqdə 3 intiharçı hücumu həyata keçirilib. Nəticədə 2 nəfər həlak olub.

Terrorçular polis idarəsinin baş qərargahına qarşı hücuma keçib. Mühafizəçilər atəş açmağa məcbur olub. Onlar binaya daxil olmaq istəyərkən özlərini partladıb.

İntiharçıların 2-si bina qarşısında, 1-i isə özünü binanın arxasında polis işçilərindən qaçaqkən partladıb.

Dəməşqin polis rəisi Məhəmməd Xaru İsmayıl deyib ki, ölənlərdən biri intiharçını yerı yıxıb zərəsizləşdirməyə çalışan polis olub.

Cari ayın əvvəlində Dəməşqdə polis idarəsinə intiharçı hücumları polis işçiləri və mülki vətəndaşlar olmaqla, 16 insanın ölümünə səbəb olub.

Fransanın xəbər agentliyi Suriyanın Daxili İşlər Nazirliyinə istinadən bildirib ki, hücumçular özlərini Əl-Midan məhəlləsində partladıb.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının müşahidəsi qrupu da məlumatı təsdiq edib. Lakin bu məlumatla bağlı ziddiyyətli xəbərlər verilib.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

XS
SM
MD
LG