Accessibility links

Suriya: "İsrailin təcavüzünə" cavab verəcəyik


İsrailin Suriyanın mərkəzində keçirdiyi reyddən sonra şənbə günü Suriya dövlət mediası Suriyanın İsrailin yeni aqressiyasına cavab verəcəyini bildirib.

İsrailin Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus Twitter səhifəsində İsrailin İranın təcavüzünə cavab olaraq Suriyada bir sıra Suriya və İran hədəflərinə hücum etdiyini bildirib.

Suriya dövlət televiziyasının məlumatına görə, partlayış səsləri paytaxt yaxınlığındakı Rif Dəməşq əyalətində də eşidilib.

İsrail dron vurub

İsrail daha öncə cümə günü Suriyadan uçurulan və İsrail ərazisinə daxil olan İran dranunu vurduğu barədə məlumat verib.

Konrikus deyib ki, buna cavab olaraq İsrail Suriyadakı İran hədəflərin\ hücum edib.

Konrikus İranın “İsrailin suvernerliyinin pozulmasına görə cavabdeh olduğunu” deyib.

Şənbə günü keçirilən reyddə Suriya ordusu təyyarə əleyhinə raket sistemi ilə İsrailin döyüşçü təyyarəsini vurub.

İsrail Müdafiə Qüvvələri israilli pilotların uğurlu şəkildə təyyarədən çıxamağa nail olduqlarını deyib.

Lakin daha sonra İsrail İsrail Hava Qüvvələri pilotunun fövqəladə evakuasiya zamanı “ciddi xəsarət” aldığını deyib.

Hava reydi sirenaları səslənib

İsrail Müdafiə Qüvvələrinin sözcüsü briqadir general Ronen Manelis deyib: “İranı regionu sonu bəlli olmayan vəziyyətə salır. Biz müxtəlif insidentlərə hazırıq. Bu insidentə görə kim məsuliyət daşıyırsa, o da bədəlini ödəyəcək.”

Suriyaya hücum Beit Şean və Qolan təpələrində hava hücumu sirenalarının işə düşməsinə səbəb olub. Heç bir tələfatın olmadığı bildirilir.

“İsrail Müdafiə Qüvvələri İsrailin hava məkanına müdaxilə cəhdlərinə qarşı əməliyyatlarını davam edəcək və İsrailin suverenliyinin pozulmasını qətiyyətli bir şəkildə qarşısını alacaq,” deyə şəngə sözcü bildirib.

XS
SM
MD
LG