Accessibility links

İsrail qoşunları Suriyaya xəbərdarlıq atəşi açıb


Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər zamanı partlayıcı maddələrin İsrailin Qolan Təpəliklərinə səpələnməsindən sonra İsrail qoşunları Suriyaya xəbərdarlıq atəşi açıb.

Ordu rəsmilərinin açıqladığı bəyanatda deyilir ki, top mərmisi İsrailin Qolan Təpəliklərindəki hərbi postunun yaxınlığına düşüb. Açıqlamada habelə İsrail əsgərlərinin cavab xəbərdarlıq atəşi açdığı da deyilir.

Ordu həmçinin yerli BMT qüvvələri vasitəsilə şikayət ünvanlayaraq xəbərdarlıq edib ki, Suriyadan İsrailə açılacaq hər hansı bir atəşə göz yumulmayacaq və tam ciddiliyi ilə cavab veriləcək.

İsrailin ictimai radiosunun bildirdiyinə görə, bu insident İsraillə Suriya arasındakı 1973-cü il müharibəsindən bəri ilk birbaşa təmasdır.
XS
SM
MD
LG