Accessibility links

Suriya kimyəvi silahlardan istifadəyə dair hesabatı rədd edib


Suriya hökuməti “ Beynəlxalq Kimyəvi Silahlara Qadağa Təşkilatı”nın açıqladığı hesabatında ola bilsin keçən il Doma şəhərinə hücum zamanı xlorindən istifadə edildiyi barədəki məlumatını rədd edib.

Suriya Xarici İşlər Nazirliyi hesabatdakı faktların açıq şəkildə saxtalaşdırıldığını və bu məlumatın etibarlı olmadığını deyib.

“Beynəlxalq Kimyəvi Silahlara Qadağa Təşkilatı”nın keçən həftə açıqladığı hesabatında 2018-ci ilin aprel ayında həyata keçirilən hücum zamanı zəhərli kimyəvi maddə olan xlorindən istifadə edildiyinin güman etdiyi bildirilib.

Şahidlər və səhiyyə işçiləri o vaxt Domaya hücum zamanı 40-dan çox insanın öldüyünü bildirsə də, onların hesabatında kimyəvi silahdan istifadə barədə məlumat yox idi.

Keçən ilin noyabr ayında da Suriyanın dövlət mediası və monitorinq qrupu Hələbdə təngənəfəslikdən şikayət edən 100-ə yaxın adamın xəstəxanaya çatdırıldığını bildirmişdi.

SANA xəbər agentliyi isə Hələbin mərmi atəşinə tutulmasından sonra 107 nəfərin yaralandığını və hücum zamanı xlorin maddəsindən istifadə edildiyi ehtimalı olduğunu bildirmişdi.

XS
SM
MD
LG