Accessibility links

Suriyanın kimyəvi silahları və beynəlxalq normalar


Suriyada keçən ay kimyəvi silahlardan istifadə edilməsindən sonra “qırmızı xətt"i keçmək ifadəsi tez-tez qeyd edilir. ABŞ-ın gözlənilən mümkün hava hücumu baş vermədi. Dünya liderlərinin BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka toplaşdığı zaman ekspertlər İran və onun nüvə proqramını qeyd edərək, “qırmızı xətt”ə dair beynəlxalq normalara hörmət edilib-edilməyəcəyi məsələsini müzakirə edir.

İranın yeni prezidenti BMT-nin Baş Assambleyasının Nyu-Yorkda illik sessiyasına qatılacaq. Burada İranın nüvə silahı istehsalının qarşısının alınması istiqamətində yeni səylərə start veriləcəyi gözlənilir. Son günlər Həsən Ruhani və prezident Obama arasında barışıq məzmunlu məktub yazışması olub. Prezident Ruhani ölkədə 11 siyasi məhbusun azad edilməsi haqda göstəriş verib və İranın nüvə dövləti olmayacağını bəyan edib.

Lakin beynəlxalq ictimaiyyət İrana sanksiyalar və qüvvə işlədilməsinə dair hədələr vasitəsilə təzyiq göstərir. Prezident Obamanın kimyəvi silahların işlədildiyinə görə Suriyaya hərbi müdaxiləyə başlamaması İranın daha azad şəkildə nüvə silahları istehsalı istiqamətində işi davam etdirərək “qırmızı xətti”n keçə biləcəyi ilə bağlı narahatlıqların artmasına səbəb olub.
”Qırmızı xətti mən müəyyən etməmişəm, dünya müəyyən edib” deyən prezident Obama 1925-ci ildə kimyəvi silahlardan istifadəyə qoyulmuş Cenevrə protokoluna işarə edir.
İranlı jurnalist Əmir Tahiri deyir ki, beynəlxalq ictimaiyyət, xüsusilə də Birləşmiş Ştatlar bu qadağanı müdafiə etməsə, nüvə proqramını dayandırması üçün İrana təzyiq göstərmək daha çətin olacaq.
Əmir Tahiri: “Mövqe onsuz da zəifləyib. Lakin Suriya məsələsində geri çəkilmək ABŞ-ın mövqeyini daha da zəiflədib.”

Lakin ekspertlərin hamısı Suriyanın kimyəvi silahları və İranın nüvə proqramı arasında birbaşa əlaqə olduğu fikri ilə razı deyil. Londonda Beynəlxalq Strateji Araşdırmalar mərkəzinin rəhbəri Con Çipmanın sözlərinə görə, Suriyaya hücum qeyri-adi bir vəzifə idi və burada cavabın presedent olması vacib deyil. “Suriya böhranında, xüsusilə də son zamanlar vəziyyət Obama administrasiyasının, ya da ABŞ-ın bundan sonrakı administrasiyasının həm Yaxın Şərqdə, həm də Asiya-Sakit okeanı regionunda qarşılaşa biləcəyi başqa bir böhranın həlli üçün istifadə edəcəyi yollara üz tutduğunu görmək mümkün deyil.”
Ekspertlər İranın nüvə silahları əldə etməsinin təşkil etdiyi təhlükənin Suriyanın kimyəvi silahlarının yaratdığı təhlükədən qat-qat artıq olduğunu qeyd edir.
Jurnalist Əmir Tahiri İranın nüvə proqramı məsələsində “qırmızı xətti” keçməklə prezident Obamanın qüvvədən istifadə edib-etməməsini sınaqdan keçirməyə cəhd göstərməməli olduğunu deyir. “Təbii ki, ABŞ-ın dünyada super güc olduğunu unutmaq lazım deyil, buna düzgün qiymət verilməlidir.”

Ekspertlərin fikrincə, Suriyanın diplomatiya yolu ilə kimyəvi silahlarını təhvil verməsinə dair mövcud planda “qırmızı xətt”i keçmək məsələsi kifayət qədər ciddi şəkildə qoyulub və İrana nüvə dövləti olmaq istəsə, bunun nəticələri ilə qarşılaşa biləcəyinə dair mesaj verilir.
XS
SM
MD
LG