Suriyanın kimyəvi silahlarının tərksilah edilməsi təhlükəsizlik səbəbləri və pis hava şəraitinə görə təxirə salınıb. Bir sıra ölkələr silahların daşınması üçün hərbi gəmilərini Suriyaya göndərib. Gəmilərin hələ Suriya sahillərinə çatmamasına baxmayaraq, əməliyyata cəlb olunmuş rəsmilər prosesin planlaşdırıldığı kimi getdiyinə təkid edirlər.
Norveçin Helge İnqstad gəmisi Suriyanın su hövzəsinə daxil olmaq əmrini gözləyərək, beynəlxalq sularda lövbər salıb.
Onun yaxınlığında dünyanın ən böyük konteyner gəmilərindən biri olan Tayko dayanıb. Tayko kimyəvi silahların məhv ediləcəyi xüsusi hazırlanmış Amerika gəmisinə çatdırmalıdır. Helge İnqstad gəmisinin kapitanı Per Rostad: “Hərbi təhlükəyə gəldikdə, vəziyyətə nəzarət edə biləcəyimizi düşünürəm. Lakin burada konteynerlərlə bağlı və ya başqa texniki problemlər də ola bilər.”
Kimyəvi silahlar əvvəlcə, Suriyanın Latakiya limanına çatdırılmalıdır. Keçən ay Suriya hökumət qüvvələri Dəməşqdən Latakiyaya yolda üsyançıların nəzarətində olan iki əsas şəhəri ələ keçirə bilib. Lakin təhlükəsizliklə bağlı problemlər və hava şəraitinin pis olması dekabrın 31-i qoyulmuş son möhlətə qədər silahların çıxarılmasına imkan vermədi.
Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzində təhlilçi Mark Fitzpatrik: “Əldə etdiyimiz inkişafa baxsaq, bir neçə ay kim təsəvvür edə bilərdi ki, Suriya bütün kimyəvi silahlarını açıqlayacaq, kimyəvi siların hamısı məhv ediləcək, Rusiya, Birləşmiş Ştlatar, Çin və başqa ölkələr əl-ələ verib əməkdaşlıq edəcək.”
Norveç və Danimarka ilə yanaşı, Çin də silahların müşayiət edilməsi üçün gəmi göndərib. Çinin xarici işlər nazirinin müavini Li Bodonq: “Çinin bu addımı atması Suriya məsələsinin siyasi həllinin tapılmasına çalışması ilə əlaqədardır. Bu, Çinin BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyada sülh və təhlükəsizliyin qorunması işinə məsuliyyətlə yanaşdığını gösətirir.”
Mark Fitzpatrik beynəlxalq ictimaiyyətin əməliyyatda əməkdaşlıq səviyyəsinin presedenti olmadığını vurğulayıb: “Onların yalnız bir neçəsi münaqişəyə müdaxil etmək istəyirdi. Əslində heç kəs müdaxilə edilməsini istəmirdi. Lakin sülh səylərinə, kimyəvi silaların məhv edilməsinə gəldikdə, hamı işə cəlb edilib.”
Keçən il avqust ayında Ghuta əraizində kimyəvi hücum beynəlxalq ictimaiyyətin qəzəbinə səbəb olmuşdu. Suriya hökuməti hücuma görə məsuliyyət daşıdığını inkar edib, lakin beynəlxalq təzyiqlər altında kimyəvi silah arsenalını təhvil verməyə razı olub. Müxalifət qruplarının koalisiyası olan Suriya Milli Şurasının nümayəndəsi Mahmud Əl-Həmzə kimyəvi silahların məhvi prosesində inkişafı alqışlayıb: “Bu silahların məhvi beynəlxalq ictimiayyət üçün böyük uğur olacaq, təkcə Suriya üçün deyil. Təbii ki, biz bu silahlara qarşıyıq, lakikn suriyalıların qarşılaşdığı və onları narahat edən həat şəraiti bizim üçün daha əhəmiyyətlidir.”
Həyat şəraiti isə getdikdə ağırlaşır. İnternetdə yerləşdirilmiş görüntülərdə Homs və Dəməşqdə insanların yaşadığı ərazilərin artilleriya atəşinə tutulduğu göstərilir. Suriyada İnsan Hüquqlarının Müşahidəsi qrupu münaqişə nəticəsində 130 mindən çox insanın həyatını itirdiyini bildirir.