Accessibility links

BMT-nin kimyəvi silah ekspertləri Suriyaya geri dönüb


Birləşmiş Millətlər Təşkilatının kimyəvi silahlar üzrə ekspertləri Suriyada iki ildən çox davam edən vətəndaş müharibəsində qadağan olunmuş silahların işlədilib-işlədilməməsini araşdırmaq üçün ölkəyə geri dönüb.

Qrupa başçılıq edən Ake Sellstrom ilk öncə qonşu ölkə Livana səfər edib, daha sonra avtomobillə Dəməşq şəhərinə keçib.

Qrup keçən ay Suriyada üç hücumla bağlı araşdırma aparıb. Bu hücumlara mart ayında baş vermiş, Suriya hökümətinin və üsyançı qüvvələrinin bir-birini ittiham etdikləri Hələb ətrafında baş vermiş hücum da daxildir.

Heyət iki həftəlik missiyasını Dəməşq ətrafında hücum zamanı istifadə edilmiş kimyəvi silahlara yönəldib. Qrupun bəyanatına kimyəvi hücumla bağlı ittiham daxil edilməyib.

Sentyabrın 25-i 13 üsyançı qrup birgə bəyanat yayaraq Suriya Milli Şurasının artıq onların maraqlarını təmsil etmədiyini bildirib. Əl-Qaidə ilə əlaqəsi olan Nusra Cəbhəsi qrupu da daxil olmaqla, onlar Bəşər Əl-Əsədə qarşı döyüşən bütün qüvvələri İslam çərçivəsi altında birləşməyə çağırıb.
XS
SM
MD
LG