Accessibility links

Suriya müxalifəti yeni liderini seçib


Suriya Milli Koalisiyası həm dünyəvi qruplar, həm Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələrə malik qəbilə başçısı Əhməd Əl-Carbanı qrupun yeni lideri seçdiyini elan edib


Suriya müxalifətinin Qərb tərəfindən ən çox dəstəklənən qrupu özünə yeni lider seçərək, rəhbərlikdə yaranmış boşluğun doldurula bildiyinə ümid edir.

Suriya Milli Koalisiyası şənbə günü Türkiyədə keçirilən iclas zamanı Əhməd Əl-Carbanı qrupun yeni lideri seçib. Carba həm dünyəvi qruplar, həm Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələrə malik qəbilə başçısıdır.

Suriya Milli Koalisiyası bu ilin mart ayında prezident Əhməd Moaz Əl-Xətibin istefa verməsindən sonra lidersiz qalmışdı. Qrup rəhbərin olmamasının onun fəaliyyətində inkişaf qarşısında maneə olduğunu qeyd edib.
XS
SM
MD
LG