Suriya hərbi qüvvələri Dəra şəhərində hökumətə qarşı ikinci gündür davam edən etirazların qaşısını almağa çalışır. Beynəlxalq ictimaiyyətin etirazına baxmayaraq tanklar və ordu ilə nümayişçilərə qarşı zorakılıqlar səngimək bilmir. Dəra sakinləri küçələrə çıxmaqdan ehtiyat etdiklərini, insan haqları qrupları isə onlarla insanın Suriya hərbi qüvvələri tərəfindən nəzarət altına alındıqlarını bildirir. Şahidlər və insan hüquqları müdafiəçilərinin bildirdiklərinə görə, bazar ertəsi Dərada keçirilən nümayişçilər zamanı ordu və tankların insanların üzərinə yeriməsi nəticəsində azı 20 nəfər həlak olub.
Britaniyanın xarici işlər naziri Villiam Heyq Suriyanı təcili olaraq zorakılıaqlara son qoymağa çağırıb və deyib ki, onun hökuməti digər ölkələrlə birlikdə Suriya rəsmilərinin beynəlxalq insan haqları qanunları çərçivəsində addımlar atması yolunda iş aparırlar. Birləşmiş Ştatlar da Suriya vətəndaşlarına qarşı zorakılıqları qınayaraq, oradakı vəziyyətin acınacaqlı olduğunu deyib.