Accessibility links

Suriya qüvvələri cənub bölgələrin nəzarətini ələ keçirib


A Syrian army soldier stands next to a Syrian flag in Umm al-Mayazen, in the countryside of Daraa, Syria, July 10, 2018.

Ərəb mediasının bildirdiyinə görə, Suriya qüvvələri İordaniya ilə cənub sərhəd bölgəsinin nəzarətini ələ keçirib.

Dəraa şəhərinin mühasirəyə alınması ilə rəqib döyüşçülər bir küncə sıxışdırılıb.

Prezident Əsədə qarşı 2011-ci ilin mart ayında başlanan inqilabın beşiyi olan bu şəhərdə hökumət qüvvələri sevinclə qarşılanıb.

Sakinlər qüvvələrin şəhərin nəzarətini ələ keçirməsindən məmnunluq ifadə edib. İordaniya ilə sərhəd bölgələrin bötövlüklə ələ keçirildiyi bildirlir.

Rəqib komandirlər Rusiya və Suriya hökumətinin silahların dinc yolla təhvili barədə razılığın şərtlərinə əməl etmədiyindən şikayətlənib.

Suriyanın dövlət televiziyası isə qərb istehsalı raketlər və digər hərbi təchizatın təhvil verildiyini göstərən fotolar yayıb. Lakin müxalifət ordunun İslam Dövləti yaraqlılarından almağa cəhd etdiyini bildirib.

XS
SM
MD
LG