Accessibility links

Suriya qaynar bölgələrdə əlavə tanklar yerləşdirib


Suriya qaynar bölgələrdə əlavə tanklar yerləşdirib
Suriya qaynar bölgələrdə əlavə tanklar yerləşdirib

Suriya Livanla sərhəddəki kəndlərdə və etiraz dalğasının episentri sayılan Dərada əlavə tanklar yerləşdirib. Bu arada siyasi fəallar ölənlərin sayının azı 850-yə çatdığını bildirirlər.

Suriyada İnsan haqları Uğrunda Təşkilat deyir ki, cənubi İnxil və Casim kəndlərində son beş gündə 34 adam həlak olub. Sakinləır tankların Arida qəsəbəsində patrul çəkdiklərini deyirlər.

İnsan haqları qrupları Dəra yaxınlığında kütləvi məzarlıq aşklar etdiklərini deyirlər. Bu tapıntı müstəqil mənbələr tərəfindən təsdiq olunmayıb.

XS
SM
MD
LG