Şahidlər xəbər verirlər ki, Suriya qoşunları bu gün altı həftə davam edən etiraz dalğasınn episentri sayılan Dəra şəhərinə daxil olublar. Şəhərə giriş atəş səsləri və kütləvi həbslərlə müşayiət olunub.
Artıq altı gündür ki, Dəra susuz, yanacaqsız və elektriksizdir.
Suriyalı fəallar Dərada hərbçilərin və snayperlərin mülki vətəndaşlara atəş açması nəticəsində şənbə günü altı adamın öldürüldüyünü xəbər veriblər. Fəallar bildirir ki, tankdan atılan mərminin evə dəyməsi nəticəsində bir qadın və onun iki qızı həlak olub.
Son iki gündə fəallar bütün Suriya boyu hərbçilərin azı 65 adamı öldürdüklərini xəbər veriblər. Cümə günü baş verən qətllərin böyük əksəriyyəti Dəranın payına düşüb.