Accessibility links

Suriyada qızğın döyüşlər gedir


Dəməşq yaxınlığında Suriya hökumət qüvvələri və yaraqlılar arasında qızğın döyüşlər gedir. Müxalif fəalların dediyinə görə, qüvvələr hava zərbələri altında mühasirəyə alınamış əsgərlərə çatmaq istəyib.

Qarşıdurmaların 3 gündür davam etməsinə baxmayaraq, bazar günü Əl-Qaidə yaraqlılarının müşayiəti ilə müxalif döyüşçülər qüvvələri atəşə tutub.

Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu hava qüvvələrinin Harasta bölgəsində onlarla hücum həyata keçirdiyini təsdiq edib.

Qrup Qutada davam edən 3 günlük zorakılıqlar nəticəsində 35 mülki vətəndaş, 24 əsgər və 29 yaraqlının öldürüldüyünü bildirib.

İfrat Əhrar-ƏlŞəm yaraqlı qrupu hökumətin mühasirədə olan əsgərlərin azad edilməsi üçün müzakirələr təklifi ilə çıxış etdiyini bildirib.

Adının açılanmasını istəməyən hökumət nümayəndəsi danışıqların ilkin mərhələdə olduğunu deyib.

Suriyanın dövlət mətbuatı əsgərlərin mühasirəyə alındığını bildirməsə də, yaraqlıları zorakılıqlara görə ittiham edib.

BMT Qutada 400 minə yaxın insanın olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG