Accessibility links

Rukban düşərgəsinə ilk beynəlxalq yardım çatdırılıb


BMT rəsmiləri və Suriyanın Ərəb Qızıl Xaç təşkilatının könüllüləri Suriya ilə İordaniya sərhədindəki məcburi köçkün düşərgəsində ilk dəfə uşaqlara peyvəndlər edib və ən vacib yardımları çatdırıb.

Sakinlərin dediyinə görə, 3 il əvvəl qurulan və təxminən 50 minə qədər insanın qapalı şəkildə saxlandığı Rukban düşərgəsinə beynəlxalq yardım ilk dəfə gəlıb.

Düşərgəyə yardım yanvar ayına qədər yalnız İordaniyadan çatdırılırdı və yardım işçilərinə təhlükəsizlik səbəbindən oraya getmək qadağan edildi.

İçərisində yardım olan 78 yük maşını düşərgəyə keçən şənbə günü axşam saatlarında çatıb. Düşərgədəki 10 min uşağa peyvənd ediləcəyi nəzərdə tutulur.

BMT ən vacib malların çatızmadığı və zorakılığın baş alıb getdiyi düşərgədə vəziyyətin kritik olduğu bildirib və bu düşərgəyə yardım proqramının 4 gün davam edəcəyini deyib.

Suriyanın ən yaxın müttəfiqi Rusiya Birləşmiş Ştatların həri qüvvələri tərəfindən 55 kv.km-lik konflikt zonasına daxil oan Rukban düşərgəsində vəziyyətin kritik hala gəlməsində Amerikanı günahlandırır.

Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri isə bu ittihamları rədd edir və bütün baş verənlərdə Rusiya ilə Suriya hökumətini günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG