Accessibility links

Suriya terrorçulara qarşı mübarizəni davam etdirəcəyinə söz verib


Suriya hökuməti terrorçulara qarşı mübarizəni davam etdirəcək. Baxmayaraq ki, ABŞ Dara vilayətində rəqib döyüşçülərlə bağlı xəbərdarlıq yayıb. Rusiya isə bildirir ki, Suriya qüvvələri İsraillə sərhədə yerləşdirilməlidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 1967-ci il müharibəsi zamanı İsrailin işğal etdiyi Qolan təpələri yaxınlığına qüvvələrin yerləşdirilməsinin vacibliyini vurğulayıb. Bu bölgə İranla İsrailin qarşıdurma xəttidir. Amerika bölgədə atəşkəsin saxlanması çüm ölçülər götürüləcəyini bəyan edib.

Lavrov Moskvada müxbirlərə deyib ki, de-eskalasiya zonasının yaradılmasının məqsədi bütün qeyri-Suriya qüvvələrinin o bölgədən çıxarılması mahiyyəti daşıyır.

Nazir Rusiya və ABŞ-ın məsələ ilə bağlı təmasda olduqlarını da deyib.

Əl-Bəəs gündəlik qəzetinin yazdığına görə, Amerikanın hədələri “amerikalıların terrorçuluqla mübarizədə kirli rolunu” nümayiş etdirir.

ABŞ, Rusiya və İordaniya örən il Daranın de-eskalasiya zonası elan edərək, bu bölgədə döyüşlərin dayandırılmasına dair razılıq əldə edib. Lakin İsrailin İran və Suriyaya qarşı hücumlarından sonra gərginliklər yaranıb.

İsrail İranın ölkənin sərhədlərində hərbi mövcudluğuna imkan verilməyəcəyi barədə xəbərdarlıq edib.

İran bildirib ki, İsrailin Suriyaya raket hücumları “qondarma bəhanələrə” əsaslanır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qasemi IRNA dövlət xəbər agentliyini bildirdiyinə görə, hücum Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozur.

O deyib ki, Suriya hökumətinin özünü təcavüzkarlardan müdafiə etmək hüququ var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG