Accessibility links

Suriyada üsyançılar hərbi obyekti ələ keçirib


Suriya fəallarının bildirdiyinə görə, üsyançılar ölkənin şərqində hava hücumundan müdafiə obyektini ələ keçirib və hərbi hava limanına hücum edib.

Suriyada İnsan Hüquqlarını Müşahidə qrupu hücumların İraqla sərhəd yaxınlığında yerləşən Deyr Əz-Zör vilayətinin Əl-Bukamal şəhərində baş verdiyi haqda məlumat verib.

Monitorinq qrupunun bildirdiyinə əsasən, üsyançılar hava hücumundan müdafiə obyektində reyd zamanı orada çalışan 16 nəfəri ələ keçirib.

Qrupun rəsmisi Rami Əbdül Rəhman Fransa xəbər agentliyinə deyib ki, hava hücumundan müdafiə obyektinin ələ keçirilməsi üsyançıların əsas uğurudur. Həmdan hərbi aeroportuna hücum zamanı isə hökumət qüvvələri ilə silahlı toqquşmanın baş verdiyi bildirilir.

Müxalif döyüşçülər hökumətin nəzarətində olan hərbi hava bazalarının ələ keçirilməsinə çalışır.
XS
SM
MD
LG