Accessibility links

Suriyada üsyançılar arasında döyüşlərdə onlarla ölən var


Türkiyənin dəstəklədiyi üsyançı qüvvələrin döyüşçüsü Afrində maşına yerləşdirilmiş bombanın partladılmasından sonra ərazini yoxlayır, 16 dekabr, 2018.
Türkiyənin dəstəklədiyi üsyançı qüvvələrin döyüşçüsü Afrində maşına yerləşdirilmiş bombanın partladılmasından sonra ərazini yoxlayır, 16 dekabr, 2018.

Suriyanın şimalında üsyançıların nəzarətində olan bölgələrədə iki gündür sürən döyüşlər nəticəsində onlarla insanın qətlə yetirildiyi bildirilir. Müharibəni monitorinq edən qrupun bildirdiyinə görə, Əl-Qaidə ilə əlaqəsi olan militantlar Türkiyənin dəstəklədiyi üsyançılara qarşı hücumları davam etdirir.

Döyüşlərin yeni dalğası haqda məlumatlar prezident Donald Trampın gözlənilmədən dekabr ayının ortalarında ABŞ-ın Suriyadakı 2 min nəfərdən ibarət hərbi qüvvələrini ölkədən çıxarmaq haqda qərarını elan etməsindən və Türkiyənin bölgədə kürd döyüşçülərinə qarşı hərbi əməliyyatlar keçirəcəyi ilə bağlı hədələrlə çıxış etməsindən sonra verilir.

Əl-Qaidə ilə əlaqəsi olan militantlar Afrin bölgəsində Türkiyənin dəstəklədiyi üsyançıların ölkənin şimal-qərbində İdlib vilayətindəki döyüşçülərlə əlaqələrini kəsməyə çalışır. Britaniyada mənzillənən Suriyada İnsan Haqlarını Müşahidə qrupunun rəhbəri Rami Əbdürrəhmanın sözlərinə görə, bu əməliyyatlar Türkiyənin Rusiya ilə ekstremistlərin hesabına razılaşa biləcəyi ilə bağlı narahatlıqlar fonunda baş verir.

Türkiyənin dəstəklədiyi üsyançılar
Türkiyənin dəstəklədiyi üsyançılar

“Onlar demək istəyir ki, biz buradayıq və heç kəs bizi nəzərə almaya bilməz” – deyə, o, Əl-Qaidə ilə əlaqəsi olan militantları nəzərdə tutaraq bildirib.

Əl-Qaidə ilə əlaqəsi olan Levant Azadlıq Komitəsi və Türkiyənin dəstəklədiyi Nur Əl-Din Əl-Zinki qrupu bir-birilərini son üç ayda ən ağır döyüşlər hesab edilən hərbi əməliyyatlara başlamaqda ittiham edir.

Suriyada İnsan Haqlarını Müşahidə qrupu bildirir ki, Hələb və İdlib vilayətlərində döyüşlər nəticəsində mülki vətəndaşlar da daxil olmaqla 31 nəfər qətlə yetirilib. Əl-Qaidə ilə əlaqəsi olan 14 döyüşçü və Türkiyənin dəstəklədiyi 12 üsyançının qətlə yetirildiyi bildirilir.

İdlib - Suriya üsyançıları
İdlib - Suriya üsyançıları

Hökumətin nəzarətində olan Suriya Mərkəzi Hərbi mediasının bildirdiyinə görə, Əl-Qaidə ilə əlaqəsi olan döyüşçülər hazırda strateji Deret Azzeh şəhərinə tam nəzarət edir və Kfrantin, Fadra, Huta və Mkalbis kəndlərini ələ keçirib.

Suriyada vəziyyət beynəlxalq danışıqların mövzusu olaraq qalır. Fransa prezidenti Emmanuel Makron deyib ki, Suriyada terrorizmə qarşı mübarizə davam etdirilməlidir. O bu açıqlamaları Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı verib. Fransa prezidentinin administrasiyasının açıqladığı bəyanata əsasən, Makron regionda “yeni destabilizasiyaya yol verilməməli olduğunu” deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG