Accessibility links

ABŞ hərbi qüvvələri Suriyada daha bir hücumun hədəfi olub


Suriyada intiharçı bomba hücumçusu ABŞ konvoyu və müttəfiq kürd qüvvələrini hədəf alıb. Bu, son bir həftədə ABŞ hərbi qüvvələrinə qarşı ikinci hücumdur.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə Qrupunun bildirdiyinə görə, bazar ertəsi Hassake vilayətinin Şaddadeh şəhəri yaxınlığında törədilən partlayış zamanı 5 nəfər ölüb.

ABŞ hərbi qüvvələrinin sözçüsü, general Şon Rayan Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri arasında xəsarət alanların olmadığını bildirib.

Bazar ertəsi intiharçı hücum Suriyanın şimalında Mənbic şəhərində ABŞ hərbi qüvvələrinin iki üzvü və Amerikanın iki mülki vətəndaşı daxil olmaqla, 19 nəfərin ölümünə səbəb olan intiharçı hücumundan bir neçə gün sonraya təsadüf edir.

Prezident Donald Tramp keçən ay İslam Dövləti qrupunun məğlub edildiyinə görə ABŞ ordusunun Suriyadan çıxarılmasına çağırıb.


Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG