Accessibility links

Suriyada atəşkəs-İranın rolu ilə bağlı şübhələr


İranın İnqilabi Qvardiyasının Suriyada döyüşlərdə həlak olmuş generalı Möhsen Qacariyanın dəfn mərasimi
İranın İnqilabi Qvardiyasının Suriyada döyüşlərdə həlak olmuş generalı Möhsen Qacariyanın dəfn mərasimi

İran Suriyada ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsə dəstək verdiyini bildirsə də razılaşmanın tərəflərindən biri deyil. Beynəlxalq müşahidəçilər uzun müddətli perspektivdə Tehranın razılaşmanı tam dəstəkləyəcəyini gözləmədiklərini bildirir. Onların proqnozlarına görə, İran Suriya hökuməti əleyhinə döyüşən qüvvələrə qarşı taktikanı davam etdirəcək.

“Suriya müxalifəti prezident Bəşar Əl-Əsədin keçid prosesi zamanı altı ayı ərzində hakimiyyətdən getməli olduğunda təkid etdiyi halda, İran və onun Suriyada Livanın Hizbullah kimi müttəfiqləri Əsədin hakimiyyətdə qalmalı olduğunda təkidlidir”-deyə Merilend universitetində Suriya üzrə təhlilçi Filip Smit bildirir.

İran, Rusiya və Suriyanın müdafiə nazirləri
İran, Rusiya və Suriyanın müdafiə nazirləri

Tehran Əsədə dəstək məqsədilə aparılan döyüşlərdə yüksək rütbəli komandirlər də daxil olmaqla yüzlərlə döyüşçüsünü itirdiyinə görə Bəşar Əl-Əsədin statusunda güzəştə getməyəcəyini bildirir.

İranın əsas rolu

Suriyada elitar hərbi qüvvələri və müttəfiqi Hizbullahın minlərlə döyüşçüsü ilə İran Əsəd rejiminə dəstək məqsədilə vətəndaş müharibəsində əsas hərbi rollardan birini oynayır.

“Tehranın Suriyadan çıxmaq planları yoxdur. Onlar bu atəşkəsdən gələcək hücumlarını koordinasiya etmək və hərbi baxımdan onların uğurunu təmin üçün istifadə edərək hərbi əməliyyatların yeni mərhələsinə qədəm qoyur”-İranın keçmiş hərbi dəniz qüvvələrinin zabiti Əmir Houşəng Aryanpur

​“Atəşkəs və müharibənin sona çatdırılması hamının arzusudur”-deyə İranın yüksək səviyyəli müşaviri Əli Əkbər Vilayəti dövlət televiziyasında müsahibəsində deyib. O daha sonra əlavə edib: “Amma bununla belə əgər bunun bədəli hökumət və Suriya xalqının düşmənlərinin bundan sui-istifadə etməsi olacaqsa, atəşkəs nəinki xeyirli, hətta zərərli ola bilər.”

İran Suriyada atəşkəs haqda razılığı “ədalətsiz və qeyri-demokratik” adlandıran və Əsədin hakimiyyətdən getməsini istəyən Əhrar Əl-Şam və Ceyş Şam da daxil olmaqla üsyançı qruplara qarşı döyüşlər aparır.

“Bu atəşkəs Rusiya və ABŞ arasında ümumi maraqları olduğu üçün bir dostluq razılaşmasdır...Bəzi aqressiv qruplar onu rədd edib və ona heç cəlb edilməyib”-deyə Britaniyada mənzillənən iranlı geo-siyasət məsələləri üzrə təhlilçi və tarixçi Piruz Müctəhidzadə bildirib.

Tehranın çıxmaq planları yoxdur

Bu o deməkdir ki, İranın elit qüvvələri və Hizbullah döyüşçləri üsyançılarla xüsusilə də Dəməşq və Hələb ətrafında atəşkəs dövrü də hərbi münaqişəyə cəlb olunacaq.

“Tehranın Suriyadan çıxmaq planları yoxdur. Onlar bu atəşkəsdən gələcək hücumlarını koordinasiya etmək və hərbi baxımdan onların uğurunu təmin üçün istifadə edərək hərbi əməliyyatların yeni mərhələsinə qədəm qoyur”-deyə hazırda Vaşinqtonda yaşayan İranın keçmiş hərbi dəniz qüvvələrinin zabiti Əmir Houşəng Aryanpur bildirib.

Suriya prezidenti Bəşar Əl-Əsəd (sağda) və İranın Milli Təhlükəsizlik Şurasının rəhbəri, admiral Əli Şamxani,Dəməşq, 30 sentyabr 2014
Suriya prezidenti Bəşar Əl-Əsəd (sağda) və İranın Milli Təhlükəsizlik Şurasının rəhbəri, admiral Əli Şamxani,Dəməşq, 30 sentyabr 2014

Atəkəs rejiminin Hizbullah döyüşçüləri və İran hərbiçilərinin döyüşlərdə fəal iştirak etdiyi Hələb, Homs və Hama kimi şəhərlərin ətrafında ara-sıra pozulduğu ilə bağlı məlumatlar verilib.

“İranlılar və onların müttəfiqi olan döyüşçülər Əsəd hökuməti hakimyyətdə olana qədər Suriyada qalmaqda davam edəcək”-deyə Hadson institutunda hərbi ekspert Riçard Veyts bildirir.

Tehran və Moskva Əsəd rejiminə hərbi strategiyanın hazırlanmasında yardım göstərir. İran quruda qüvvələri təmin edir, Rusiya isə hava hücumları təşkil edir. Keçən həftə Tehran Rusiyanın bombardmançı təyyarələrinin İrandakı bazalardan Suriyada hərbi hava hücumları keçirməsinə icazə vermişdi.

Tehran-Moskva strategiyası?

Bəzi təhlilçilərin fikrincə, müvəqqəti atəşkəs Tehran və Moskva arasında Əsədə müharibədə kömək göstərmək məqsədilə aparılan strategiyanın bir hissəsi ola bilər. Keçən həftə sonu atəşkəsin elan edilməsindən sonra İranın nümayəndələri tələsik Kremllə məsləhətləşmələr aparmaq üçün Moskvaya səfər edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu (sağda) və İranın müdafiə naziri Hüseyn Dehgan Moskvada görüş zamanı, 16 fevral, 2016
Rusiyanın müdafiə naziri Sergey Şoyqu (sağda) və İranın müdafiə naziri Hüseyn Dehgan Moskvada görüş zamanı, 16 fevral, 2016

“Mən atəşkəsə bir o qədər eitbar etmirəm və fikrimcə, ruslar və iranlılar Hələb və necə deyərlər Suriyanın lazımi hissələrini yenidən ələ keçirmək üçün yalnız müvəqqəti sakitliyə imkan verəcək.” Bu sözləri Vaşinqtonda Atlantik Şuranın İran Gələcək Təşəbbüsü proqramının icraçı direktoru Barbara Slavin deyib.

Nə Əsəd, nə də onun İran və Hizbullah da daxil olmaqla müttəfiqləri sünni qrupları Suriyanın siyasi səhnəsində legitim tərəf kimi tanımır.

“Kimliyi bəlli olmayan, terrorçu qruplar siyahısına salınmamaq üçün adlarını tez-tez dəyişən və heç bir təəhhüdü olmayan qruplarla atəşkəsin heç bir mənası yoxdur”-deyə İranın Milli Təhlükəsizlik Şurasının kontr-admiralı Əli Şamxani bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG