Accessibility links

Suriyada döyüşlərin coğrafiyası genişlənir


Raqa şəhərində gedən döyüşlər zamanı onlarla insan həlak olub

Suriya fəalları deyir ki, ölkənin şimalında Raqa şəhərində gedən döyüşlər zamanı onlarla Suriya əsgəri və üsyançı döyüşçü həlak olub.

Müxalif Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, bir neçə saat davam edən döyüş çoxsaylı insanın evindən didərgin düşməsinə səbəb olub. Böyük Britaniyada qərargahlanan qrup döyüşlərin yoxlama məntəqələrini əhatə etdiyini, hava və minomyot hücumlarının qeydə alındığını bildirib.

Bu arada ABŞ dövlət katibi Con Kerri dünən Suriya böhranı ilə bağlı Türkiyədə danışıqlar aparandan sonra Qahirəyə gəlib. İki gün öncə İtaliya paytaxtı Romada olan cənab Kerri Suriya müxalifətinə əlavə 60 milyon dollarlıq yardım ayrılacağını bəyan edib.

Şərhlərə bax (1)

XS
SM
MD
LG