Suriya prezidenti Bəşar Əl-Əssəd yeni 30 üzvlük kabinetini açıqlayıb və son bir ay ərzində hökuməy əleyhinə nümayişlərdə həbs edilənlərin azadlığa buraxılmasına göstəriş verib.
Dövlət telekanalı nə qədər nümayişçinin sərbəst buraxılacağını açıqlamayıb. Məlumatda deyilir ki, bu göstəriş haqqında cinayət işi açılanlara şamil edilməyəcək.
Yeni kabinet sabiq kənd təsərrüfatı naziri yeni baş nazir Adil Səfər rəhbərlik edəcək. Prezident Əssad əvvəlki hökuməti ciddi islahatlar tələb edən suriyalıların basqıları altında iki həftə əvvəl buraxmışdı.