Accessibility links

Suriyada iğtişaşlar davam edir (Yenilənib)


Suriyada iğtişaşlar davam edir (Yenilənib)
Suriyada iğtişaşlar davam edir (Yenilənib)

Suriya hökuməti artıq 40 ildən artıqdır ölkədə fövqəladə vəziyyət barədə qanunun ləğvi də daxil edilməklə, vətəndaşlarına daha çox azadlıq və demokratiya təklif edib. Prezidentin müşaviri Buseyna Şaban dəyişikliklər haqda bəyanatla bu gün, ölkədə insan ölümülə nəticələnən hökumət əleyhinə aksiyalarından sonra çıxış edib.

Dünən Dara şəhərində keçirilən etiraz aksiyası zamanı azı 15 nəfərin qətlə yetirildiyi bildirilir. Şahidlərin dediyinə görə, hökumət əleyhinə aksiyada iştirak edən insanlar təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutularaq öldürülmüşlər. Ölənlərdən birinin uşaq olduğu deyilir. Ölkənin bu cənub şəhəri keçən həftədən bəri hökumətə qarşı nümayişlərə səhnə olub. Suriya hökuməti isə hadisənin fərqli şəkildə izah edir. Dövlət xəbər agentliyi Darada silahlı insanların tibb qrupuna hücum edərkən 4 nəfərin öldürüldüyünü bildirir.

XS
SM
MD
LG