Accessibility links

Suriyanın cənub bölgəsində döyüşlər bərpa edilib


Suriyanın cənub bölgəsində döyüşlər bərpa edilib. Hökumət qüvvələri Dəraa vilayətində hava zərbələrinin müşayiəti ilə irəliləyişə nail olub.

BMT-nin təxminlərinə görə, Suriyada son həftə ərzində 50 mindən çox insan evindən didərgin düşüb.

İordaniya sərhədlərini bağlı saxladığını və BMT-dən Suriyanın cənubunda təhlükəsizliyi təmin etməsini istədiyini bildirir.

BMT-nin humanitar yardımlar üzrə koordinatoru Cens Laerkenin dediyinə görə, döyüşənlər, qaçqınlar və İordaniya sərhədində vəziyyət gərgin narahatlıqlar doğurub. O, mülki əhalinin beynəlxalq qanunlar çərçivəsində müdafiəsinə səsləyib.

Dəraa sakinləri dəhşətli qorxu içərisində yaşayır. Onların çoxu artıq İsrailin işğalı altında olan Qolan təpələri sərhədlərinə istiqamət alıb.

Bölgədə eskalasiya İsrailin Dəməşqin beynəlxalq hava limanı yaxınlığına iki raket atmasından sonra başlayıb.

Ötən həftədən bəri Suriya qüvvələri rəqib döyüşçülərin nəzarətində olan bölgələrə hücumlar təşkil edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG