Accessibility links

Suriyanın təhlükəsizlik qüvvələri hücumlarını artırıb


Suriyanın təhlükəsizlik qüvvələri hücumlarını artırıb
Suriyanın təhlükəsizlik qüvvələri hücumlarını artırıb

Suriyanın insan hüquqları müdafiəçiləri təhlükəsizlik qüvvələrinin ölkənin şimal-qərb regionunda hücumlarını artırdığını bildirir. Londonda yerləşən Suriyanın insan hüquqları müşahidəçiləri qrupu deyib ki, onlarla tank və zirehli maşın Xan Şeyxun şəhərinə qarşı hücuma keçib. Suriyada nümayişçilərə qarşı hücumlar qərb liderlərinin kəskin tənqidi ilə qarşılanır. Türkiyədə isə 8500 suriyalı qaçqın sığınacaq tapıb. ABŞ Dövlət Departamenti Suriyanın əməllərini kəskin tənqid edərək, nümayişçilərə divan tutulmasına son qoyulmasına çağırıb.Bəşar Əl-Əsəd hakimiyyəti əleyhinə mart ayından baş qaldıran etiraz dalğası nəticəsində 1300 mülki vətəndaş və 340 əsgər öldürülüb. 10000 adam nəzarət altına alınıb.

XS
SM
MD
LG