Beynəlxalq donorlar Suriya və qaçqınlara sığınacaq verən qonşu ölkələrə 4,4 milyard dollarlıq humanitar yardım vəd edib.
Lakin bu pul Birləşmiş Millətlər Təşkilatının istədiyi 7 milyard dollardan xeyli azdır.
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası idarəsinin rəhbəri Mark Loukok öncəki illəri nəzərə alaraq, ianələrin artacağını təxmin edir.
"Bir sıra mühüm donorlar, daxili büdcə müzakirələri səbəbilə 2018-ci il üçün ianələrini təsdiqləməyib. Bu donorlara son illər ərzində Suriya və regiona hər il bir milyard dollardan çox humanitar yardım göstərən Birləşmiş Ştatlar da daxildir,” deyə Loukok bildirib.
Loukok deyib ki, Suriyaya humanitar və qonşu ölkələrdə qaçqınlara yardım məqsədilə 2019-cu ildə əlavə pul tələb olunacaq.
BMT 13 milyondan çox suriyalının humanitar yardıma ehtiyacının olduğunu və onların dörddə birinin məcburi olaraq İordaniya, Livan və Türkiyə kimi qonşu ölkələrə yerləşdiyini bildirir.