Accessibility links

Tikintidə istifadə üçün nəzərdə tutulan günəşdən enerji alan şüşə kubiklər [Video]


Tikintidə istifadə üçün nəzərdə tutulan günəşdən enerji alan şüşə kubiklər
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Çox yaxında binalar yeni innovativ texnologiya sahəsində günəş enerjisini günəş panelləri olmadan elektriyə çevirə biləcək.

Dünya boyu artıq daha çox evlərin damlarına günəş panelləri yerləşdirilir və beləcə insanlar evlərini istiləndirmək və elektrik istehsal etmək üçün günəşin şüalarından istifadə edirlər.

Günəş panelləri
Günəş panelləri

Lakin günəşin şüaları binaların divarlarına da dəyir. Həsən Bayiq isə deyir ki, biz bu şüalardan faydalana bilərik. Onun Build Solar adlı şirkəti binaların bayır tərəfində istifadə olunan çox funksiyalı şüşə kubiklər inkişaf etdirib.

“Bu məhsul elektrik, işıq və tikinti materiallarından tələb olunan termik izolyasiya ilə təmin edir,” o deyir.

Şüşə kubikində 13 günəş hüceyrəsi var. Onlar binanı elektriklə təmin etmək, binanın yanındakı elektrik maşınları doldurmaq üçün elektrik istehsal edə bilir. Bu texnologiya Building Integrated Photovoltaics adlanır.

Biz bu şüşə kubikinin içinə kiçik günəş hüceyrələri yerləşdirmişik. Bundan əlavə bəzi ağıllı optikalar yerləşdirmişik ki, onlar daxil olan günəş şüalarını gün boyu günəş hüceyrələrinə yönləndirir. Beləlikdə biz istifadə etdiyimiz hər günəş hüceyrəsindən daha çox elektrik əldə edirik.
Həsən Baiq

“Biz bu şüşə kubikinin içinə kiçik günəş hüceyrələri yerləşdirmişik. Bundan əlavə bəzi ağıllı optikalar yerləşdirmişik ki, onlar daxil olan günəş şüalarını gün boyu günəş hüceyrələrinə yönləndirir. Beləlikdə biz istifadə etdiyimiz hər günəş hüceyrəsindən daha çox elektrik əldə edirik,” Həsən Baiq söyləyir.

Ətraf mühit üçün faydalı keyfiyyətləri ilə yanaşı, şüşə kubiklər həm də cəlbedicidir və bir çox rəngli filtr ilə işləyə bilər. Build Solar onları gələn il bazara təqdim etməyi planlaşdırır.

XS
SM
MD
LG