Accessibility links

Meyndə kütləvi atışmada şübhəli bilinən şəxs ölü tapılıb


ABŞ-ın şimal-şərqində Meyn ştatında kütləvi atışmada şübhəli bilinən Rober Kard ölü tapılıb. Bu barədə cümə günü ştat rəsmiləri məlumat yayıb.

Meyn ştatının ictimai təhlükəsizlik komissarı Maykl Sausçuk mətbuat konfransında bildirib ki, Kard “aydındır ki, öz-özünə açdığı atəş” nəticəsində ölüb.

Qubernator Canet Mills deyib ki, Kardın cəsədi Meyn ştatının Lisbon Fols şəhərində tapılıb.

Rəsmilər çərşənbə günü Meyn ştatnın Leviston şəhərində iki məkanda – boulinq zalı və restoranda - kütləvi atışma ilə əlaqədar Kardı axtarırdılar. O, 18 nəfəri öldürmək, 13 nəfəri, o cümlədən Meyn ştatının karlar icmasının dörd üzvünü yaralamaqda şübhəli bilinir.

Cümə axşaamı bəyanat yayan Prezident Co Bayden polisi iki gün davam edən intensiv axtarışlarına görə tərifləyib və Respublikaçı qanunvericiləri silah zorakılığını azaltmağa yardım etməyə çağırıb.

Ümumilikdə, Demokratlar daha sərt silah qanunlarını dəstəkləyir, Respublikaçılar isə bu cür qanunların amerikalılara silah daşımaq hüququnu tanıyan Konstitusiyaya ikinci düzəlişi pozacağından narahatdırlar.

“Amerika icması və amerikalı ailələr bir daha silah zorakılığı ilə viran oldu,” o, bəyanatında bildirib. “Amerikalılar belə yaşamamalıdırlar.”

“Robert Kard heç kəs üçün təhlükə deyil,” Mills cümə günü deyib. “İndi sağalmaq vaxtıdır.”

Kardın cəsədi yerli vaxtla axşam saat 7:45-də Adroskoggin çayı yaxınlığında tapılıb.

Forum

XS
SM
MD
LG