Accessibility links

Yəməndə Dünya Ərzaq Proqramı rəsmisinin qətli ilə əlaqədar iki şübhəli şəxs saxlanılıb


Rəsmilərin dediyinə görə, Yəmən polisi şənbə günü bir gün öncə Dünya Ərzaq Proqramının yüksək səviyyəli rəsmisinin qətlində şübhəli bilinən iki nəfəri həbs edib.

Bundan əlavə bu yaxınlarda cənub-qərbi Taiz vilayətində Dünya Ərzaq Proqramının rəhbəri vəzifəsini icra etmək üçün Yəmənə gedən Moayad Hameidinin qətli ilə əlaqədar ittihamlarla daha on nəfər saxlanılıb.

Taiz polisi əlavə detal paylaşmayıb.

Cümə günü motosikletdə iki silahlı şəxs Turbah şəhərində Hameidini güllələyib. O, qısa müddət sonra aparıldığı xəstəxanada həyatını itirib. Hücum edən şəxslər hadisə yerindən qaçıb.

İordaniya vətəndaşı olan Hameidi Yəməndə öldürülən ən son yardım işçisidir. O, Taizə bir neçə gün öncə gedib.

“Həmkarımızın ölümü təşkilatımız və humanitar icma üçün böyük faciədir,” Yəməndə Ümumdünya Ərzaq Proqramının direktoru Riçard Raqan deyib. “Humanitar xidmətdə hər hansı insan itkisi qəbuledilməz faciədir.”

Yəməndə 2014-cü ildə Husi üsyançıları ölkənin şimalına yayılıb, paytaxt Sənanı ələ keçirərək, beynəlxalq səviyyədə tanınan hökuməti sığınacağa qaçmağa məbur edəndən bəri vətəndaş müharibəsi gedir.

Bundan bir il sonra Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya hökuməti dəstək məqsədilə müharibəyə daxil oldu və illər ərzində münaqişə Səudiyyə Ərəbistanla İran arasında vasitəçi müharibəsinə çevrilib.

Yəmən münaqişəsi dünyanın ən pis humanitar böhranına səbəb olub və döyüşçülər və mülki vətəndaşlar daxil olmaqla 150 mindən çox insan öldürülüb.

Yəmənin üçüncü ən böyük şəhəri və vilayət paytaxtı Taiz 2016-cı ildən bəri husilərin mühasirəsi altındadır. Blokada səbəbilə hərəkət etmək azadlığı kəskin şəkildə məhdudlaşıb və şəhər sakinlərinə əsas məhsulların, dərman və humanitar yardımının axınının qarşısı alınıb.

2021-ci ilin mayında ölkənin cənubunda döyüşən tərəflər arasında atışma nəticəsində Oxfam xeyriyyə təşkilatının bir yardım işçisi öldürülüb, bir digəri yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG