Accessibility links

Süzənək xəstəliyinin müalicəyə tabe olmayan yeni dalğası


Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, azı dünyada 3 nəfər süzənək xəstəliyinin müalicəyə tabe olmayan yeni bakteriyasına yoluxub.

Araşdırmaların nəticələrinə görə, vəziyyət xeyli ciddidir. Belə ki, bu zöhrəvi xəstəliyinin seks yolu ilə digərlərinə yoluxma ehtimalı yüksəkdir.

Ümumdünya Səhiyyə Təşkilatının expertləri antibiotiklərin təsirdən düşməsindən əvvəl bu problemin yalnız zamandan asılı olduğunu deyir.

Süzənək olduqca müqavimətli bir bakteriyadaır. Antibiotiklərin yeni növü aşkar edilməzdən əvvəl bu bakteriya istifadədə olan dərmanlara müqavimət göstərməyə başlayır.

Hər il 78 milyon insan bu xəstəliyə yoluxur

Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, ildə 78 milyon adam süzənəyə yoluxur.

Çox hallarda bu infeksiyanın simptomları qabarıq olmur. Bu, HİV riskini artırmaqla yanaşı, iltihablı çanaq xəstəlikləri, sonsuzluq və ektopik hamiləliyə səbəb olur.

Alimlərin dediyinə görə, Yaponiya, Fransa və İspaniyada 3 nəfərdə süzənək xəstəliyinin mülicəyə tabe olmayan yeni bakteriyası aşkar edilib.

Dərmanlara müqavimət

Süzənəyin müalicəsində ilk antibakterial preparatlar penisillin qrupu antibiotiklər olmuşdur. Lakin müasir dövrdə qonokokklarda ona qarşı davamlılıq yarandığından daha çox azihromisin və sefolosporindən istifadə olunur.

Bir çox ölkələrdə bu dərmanlar süzənəyin yeganə müalicə vasitəsidir.

XS
SM
MD
LG