Accessibility links

İsveçrədə cinayətkar mühacirlərin deportasiyası üzərində referendum keçirilir


İsveçrədə cinayətkar mühacirlərin deportasiyası üzərində referendum keçirilir
İsveçrədə cinayətkar mühacirlərin deportasiyası üzərində referendum keçirilir

İsveçrə telekanlı bildirir ki, seçicilər sağçı siyasi qüvvələrin ciddi cinayətlər törətmiş immiqrantları deportasiya etmək təklifini təsdiq ediblər. SF-1 telekanlı xəbvər verir ki, bazar günü referendumda səs verənlərin 53 faizi ölçünü dəstəklədiyini bildirib. Bazar gününün referendumu sağçı İsveçrə Xalq Partiyası tərəfindən irəli sürülmüşdü. Keçmişdə bu partiya isveçrəlilərin ələlxüsus müsəlman ölkələrindən gələn mühacirlərə qarşı qorxu hissini artırmaqda ittiham olunub. Partiyanın əsas kampaniya şüarında ağ qoyun sürüsünün qara qoyunu İsveçrə bayrağından qovduğu göstərilir. Ölçünün əleyhdarları onun ksenofobiyadan doğduğunu deyirlər. Təklifə tərəfdar olan adamlar isə iddia edirlər ki, deportasiya hədəsi xaricdən gələn şəxslərin İsveçrə qanunlarına hörmət etməsini təmin edəcək.

XS
SM
MD
LG