İsveç rəsmiləri çərşənbə axşamı bildiriblər ki, İran keçən il mətn mesajlaşma xidmətinə haker hücumu təşkil edərək, isveçliləri Quranı yandıranlardan qisas almağa çağıran minlərlə mesaj göndərib.
2023-cü ildə İsveçdə ayrı-ayrı şəxslərin bir neçə dəfə İslamın müqəddəs kitabını ictimai yerlərdə yandırması halları müsəlman dünyasında hiddətə hiddətlə qarşılanmış və cihadçıların hücumları ilə bağlı qorxuların artırmasına səbəb olmuşdu.
“Təhlükəsizlik polisi kiberqrupun təsir kampaniyası həyata keçirmək üçün İran İnqilab Keşikçiləri Korpusunun adından hərəkət etdiyini müəyyən edib”, İsveç Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
“Məqsə digər məsələlərlə yanaşı, İsveçin islamofobiya ölkəsi kimi imicini yaratmaq və cəmiyyətdə parçalanma yaratmaq idi” - deyə, məlumatda bildirilir.
İsveç keçən il Quranın yandırılmasından sonra ölkədə terror təhlükəsi səviyyəsini artırmışdı.
İsveç Prokurorluğunun verdiyi ayrı bəyanatda bildirib ki, istintaq məlumatların sızmasının İran dövləti tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusu vasitəsilə həyata keçirdiyini göstərib.
İsveç agentliyi pozuntunu həyata keçirən fərdi hakerləri müəyyənləşdirdiyini, lakin ittiham irəli sürməyəcəyini bildirib.
“Təqsirkarlar xarici dövlətin, bu halda İranın naminə fəaliyyət göstərdiklərinə görə, xaricdə mühakimə olunmaq və ya İsveçə ekstradisiya üçün şəraitin olmadığı qənaətindəyik” - deyə, qeyd olunub.
İranın Stokholmdakı səfirliyindən dərhal şərh almaq mümkün olmayıb. İranın Xarici İşlər Nazirliyi məsələyə dair dərhal şərh verməyib.
Forum