Accessibility links

Stokholmda terror aktı


Cümə günü İsveçin Stokholm şəhərinin ticarət mərkəzində yük maşını ilə 5 nəfərin vurulub öldürüldüyü bildirilir.

Stokholm polisi ticarət mərkəzində ölənlər və çox sayda insanın yaralanması ilə bağlı xəbəri təsdiq edib.

İsveçin baş naziri Stefan Lofven hücumun terror aktı olduğunu deyib və bir nəfərin həbs edildiyini bildirib. "Hökumət hadisə ilə bağlı araşdırmalar aparır," deyə baş nazir bildirib.

Hadisə yerində çəkilən şəkillərdə hücum edən yük maşının "Spendrups" pivə zavoduna məxsus olduğunu görmək olur. Zavod rəhbərliyi yük maşınının həmin gün qaçırıldığını xəbər verib.

İsveç mediası hadisə zamanı 5 nəfərdən çox insanın dünyasını dəyişdiyini və həmin bölgədə güllə səslərinin də eşidildiyini bildirib.

Yük maşınının Stokholmun mərkəzi metro-stansiyasının yerləşdiyi, insanların çox olduğu "Ahlens" mağazası yaxınlığında qəzaya uğradığı deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG