Accessibility links

Rusiya və Çin Hillari Klintonun tənqidinə sərt cavab verib


Rusiya və Çin Hillari Klintonun tənqidinə sərt cavab verib
Rusiya və Çin Hillari Klintonun tənqidinə sərt cavab verib

ABŞ-ın Suriya məsələsində Çin və Rusiyanın mövqeyini tənqid etməsindən və Avropa Birliyinin Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinə yeni sanksiyalar tətbiq etməsindən sonra Pekin və Ankara bu hadisələrə qəzəbli cavab verib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Honq Ley deyib ki, Çin ABŞ dövlət katibi Hillari Klintonun başqa ölkələri tənqid etməsini qəbul etmir. Keçən həftə xanım Klinton Suriya münaqişəsinə dair Çin və Rusiyanın addımlarını qəbuledilməz adlandırıb. Çinin nüfuzlu dövlət qəzeti "Xalqın gündəliyi" qəzeti yazıb ki, Birləşmiş Ştatların Ərəb xalqı üçüb danışmaq haqqı yoxdur.

Bu gün habelə RUsiya baş naziri Vladimir Putin BMT Təhlükəsizlik Şurasının Suriyanı hökumət əleyhdarı nümayişçilərə qarşı zorakılıqları sərt tənqid edən qətnaməyə Rusiya ilə Çininbirgə vetosunu müdafiə edib.

Rusiya və Çin artıq neçənci dəfədir ki, Təhlükəsizlik Şurasının Suriya hökumətinə qarşı addım atmasının qarşısını alır.

Xatırladaq ki, bu gün səhər saatlarında Avropa Birliyinin xarici işlər nazirləri Suriyanın mərkəzi bankına yönəlik sanksiyalar tətbiq edib və Suriya hökumət rəsmilərinin bəzilərinin vəsaitlərini dondurub.

Blok artıq 150-dən çox Suriya rəsmisinin qara siyahıya daxil edib.

XS
SM
MD
LG