Accessibility links

Suriyada Dəra şəhərinə yeni vali təyin olunub


Suriyada Dəra şəhərinə yeni vali təyin olunub
Suriyada Dəra şəhərinə yeni vali təyin olunub

Suriyada hökumət əleyhinə insan ölümülə nəticələnmiş etiraz aksiyalarına səhnə olan Dəra şəhərinə yeni vali təyin olunub. Prezident Bəşşar əl-Əsəd Məhəmməd Xalid əl-Hannusu keçən ay nümayişlər gedən zaman vəzifəsindən kənarlaşdırdığı Feysəl Kalsumun yerinə şəhərin valisi təyin edib. Bazar günü cənab Əsəd keçmiş kənd təsərrüfatı nazirini baş nazir fəzivəsinə təyin edərək, yeni kabinet formalaşdırmasını istəyib. Prezident Əsədin vəd etdiyi islahatların bir hissəsi olaraq atılan bu addımlar nümayişçiləri qane etmir. Bu arada, nümayişlərin keçirildiyi Latakiya şəhərində bu gün həbsxanada baş vermiş yanğın nəticəsində 8 məhbus ölüb, 17 məhbus yaralanıb.

XS
SM
MD
LG