Suriyadan verilən xəbərlərə görə, hökumət qüvvələri bu gün etiraz nümayişinə yollanan insanlara atəş açıb. Şahidlərin və insan hüquqları fəallarının bildirdiyinə görə, Sanameyn kəndi yaxınlığında insident zamanı 15 nəfər həlak olub. Azadlıq tələbilə insanlar paytaxt Dəməşq də daxil olmaqla ölkənin bir sıra şəhərlərində etiraz nümayişləri keçirilib. Sanameyn yaxınlığında vurulan nümayişçilərin İordaniya ilə sərhəddə yaxın Deraa şəhərinə yollandığı bildirilir. Keçən həftə Deraada keçirilən nümayişlər zamanı 15 adam həlak olmuşdu. Dəməşqdə cümə namazından sonra təxminən 200 adam Deraa şəhərinin sakinlərinə dəstək məqsədilə nümayiş keçirib. Röyters xəbər agentliyinin məlumatına görə, onlarla adam həbs edilib.