Accessibility links

Suriya təyyarəsi yanacaqdoldurma məntəqəsini vurub


Surya müxalifət fəallarının bildirdiyinə görə, çərşənbə günü hökumətə məxsus hərbi təyyarələr Dəməşq yaxınlığında yerləşən yanacaqdoldurma stansiyasını bombardman ediblər. Nəticədə yanacaq növbəsində gözləyən onlarla insan həlak olub.

Fəallar bildirirlər ki, bombardman üsyançıların nəzarətində olan şərqi Mleiha qəsəbəsində baş verib. Partlayış böyük yanğına səbəb olub və havanı qara tüstüyə qərq edib.

Parçalanmış insan cəsədlərini göstərən özəl video internetdə yerləşdirilib.

Suryada insanlar saatlarca yanacaqdoldurma məntəqələrində növbədə dururlar. Üsyançılar və Bəşar Əsəd höküməti arasında iki ilə yaxın davam edən müharibə ölkədə yanacaq qıtlığına gətirib çıxarıb.

Suriya fəllarının bildirdiyinə görə, ölkənin şimalındakı İdlib aeroportu yaxınığında hökumət qüvvələri ilə üsyançılar arasında qızğın döyüşlər gedir. Son toqquşmalar rəsmilərin Hələb aeroportunun bağlanmasına göstəriş vermələrindən bir gün sonraya təsadüf edir.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri Qrupu üsyançıların Taftanaz hərbi aeroportuna hücum etdiklərini bildirib. Qrup döyüşlərdə İslamçı militant dəstələrin də iştirak etdiyini deyib.

İki ilə yaxındır müxalifətin müntəzəm hücumlarına məruz qalan hökumət baş verənləri dərhal təsdiqləməyib.

Çərşənbə axşamı hökumətə məxsus hərbi təyyarələr Hələb şəhərində üsyançıların nəzarətində olan bölgələri bombardman ediblər.

Anti hökümət fəalları həmçinin bildirir ki, Dəməşqin Daraya qəsəbəsi Surya döyüş təyyarələri tərəfindən bombalanıb. Suryanın dövlət mediası hökumət qoşunlarının Darayada “onlarla terrorist” öldürdüyünü xəbər verir.

Suryada üsyançılar prezident Bəşar Əl-Əsədi devriməyə çalışırlar. Fəallar 2011-ci ilin martında başlamış etiraz aksiyalarından bəri bugünədək 45,000 adamın öldürülüdyünü deyirlər.
XS
SM
MD
LG