Accessibility links

Hökumət tərəfdarı qüvvələr Quta şəhərinı bombalayıb


Suriya fəallarının bildirdiyinə görə, bu gün Dəməşqin şərqindəki Quta şəhəri hökumət tərəfdarı qüvvələr tərəfindən hava hücumuna məruz qalıb. Bu həftə baş verənlər son illərin ən ağır zorakılıqları olub.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu keçən bazar günündən bəri hava hücumlarının azı 250 nəfərin ölümünə və bunun humanitar böhrana dair narahatlıqlara səbəb olduğunu bildirib.

Agentlik hökumət tərəfdarı qüvvələrin həyata keçirdiyi əməliyyatların üsyançıların nəzarətində olan Qutada 100-dən çox insanın ölümünə səbəb olduğunu deyib.

Suriyanın paytaxtı yaxınlığındakı Şərqı Quta üsyançıların nəzarətində olan son istehkamdır. Bölgədə baş verən zorakılıqlar beynəlxalq narahatlıqlara səbəb olub.

Çərşənbə axşamı Türkiyə hərbi qüvvələri kürd anklavı olan Afrinə doğru hərəkət edən Suriya hökumət qüvvələrinı geri çəkilməyə məcbur edib. Bu bölgədə Türkiyə kürd yaraqlılarına qarşı əməliyyatlar aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG