Suriya fəallarının bildirdiyinə görə, Birləşmiş Ştatların başçılığı ilə yeddi həftə ərzində Suriyada hava hücumları zamanı çoxu İŞİD yaraqlısıı olmaqla, azı 860 nəfər ölüb.
50 nəfərin mülki vətəndaş olduğunu deyən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu bildirib ki, ölənlərin sayı daha çoxdur.
Birləşmiş Ştatlar və digər ölkələrin koalisiya qüvvələri Suriya və İraqdakı İŞİD yaraqlılarına qarşı hava hücumlarına sentyabr ayının sonlarında başlayıb.
ABŞ Mərkəzi Komandanlığının hesabatında koalisiya qüvvələrinin Suriyada 350, İraqda 450 hava hücumu həyata keçirdiyi bildirilir. Bir neçə hava hücumu isə Əl-Qaidə ilə əlaqəsi olan Nusra Cəbhəsinə qarşı edilib.
Suriyadakı vətəndaş müharibəsində baş verən zorakılıqlar barədə məlumatları sənədləşdirən Suriya Müşahidə Qrupunun bü gün açıqladığı məlumatında hücumlar zamanı Nusra yaraqlılarından 68 nəfərin öldürüldüyü deyilir.