Accessibility links

İslam Dövləti şəhəri tərk etməzdən əvvəl azı 128 nəfəri qətlə yetirib

Suriya fəallarının bildirdiyinə görə, İslam Dövləti yaraqlıları Qaryatin şəhərinin nəzarətini hökumət qüvvələrinə verməzdən əvvəl azı 128 nəfəri qətlə yetirib.

Hökumət qüvvələri və müttəfiq yari-hərbi qüvvələr Homs vilayətindəki Qaryatin şəhərini şənbə günü geri alıb. İslam Dövləti yaraqlıları şəhəri cəmi üç həftə əllərində saxlaya bilib.

Baş qərzargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bu gün İslam Dövləti yaraqlılarının şəhər sakinlərini qətlə yetirdiklərini təsdiq edən sənəd hazırladığını bildirib. İslam Dövləti yaraqlıları sakinləri prezident Bəşar Əl-Əsəd hökuməti ilə əməkdaşlıq etməkdə günahlandırıb.

Müşahidəçilər eləcə də qətlllərin əsasən Suriya ordusunun şəhəri ələ keçirməsindən bir neçə gün əvvəl baş verdiyini bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG