Əsasən kürdlərdən ibarət hərbi birləşmələr ABŞ hava qüvvələri və məsləhətçilərin köməyi ilə Raqqanın şimalında şiddətli döyüşlərdən sonra bir neçə İŞİD mövqelərini ələ keçirib.
ABŞ-ın başçılıq etdiyi koalisiya Raqqanı təcrid etməyə çalışan əsasən kürd qüvvələrindən ibarət olan Suriya Demokratik Qüvvələrini dəstəkləyir. Amma şəhər uğrunda kimin döyüşəcəyi və İŞİD çıxarıldıqdan sonra şəhərə kim sahib olacağı məsələsi sual altındadır.
Rəsmi Ankara ötən həftə hətta Suriya Demokratik Qüvvələrinin deyil, Türkiyənin dəstəklədiyi qüvvələrin Raqqa şəhərinin azad edilməsinə başçılıq etməsini təklif edib.
Türkiyə Suriya Demokratik Qüvvələrinin tərkibini Xalqın Müdafiəsi İttifaqı adı ilə tanınan Suriya Kürd qüvvələri kimi tanıyır. Və bu qüvvələri Türkiyədə regional muxtariyyat uğrunda hökumət qüvvələrinə qarşı döyüşən digər kürd qüvvələri ilə əlaqəsi olan terrorçu təşkilat kimi tanıyır.
Rəsmi Ankara ötən həftə hətta Suriya Demokratik Qüvvələrinin deyil, Türkiyənin dəstəklədiyi qüvvələrin Raqqa şəhərinin azad edilməsinə başçılıq etməsini təklif edib.
ABŞ generalı Cozef Danford general Hulusi Akar da daxil olmaqla türkiyəli həmkarları ilə yeni hücumlara dair danışıqlar aparmaq üçün bazar günü Türkiyənin paytaxtına gəlib.
Danford deyib ki, ABŞ və onun koalisiya müttəfiqləri şəhəri idarə etmək üçün doğru qüvvə birləşməsi yaradılması üzərində işləyir.