Accessibility links

Suriyada müharibə nəticəsində 2 milyondan çox insan qaçqın vəziyyətinə düşüb


BMT-nin qaçqınlar agentliyi suriyalıların ölkəni tərk etməsi məsələsinə diqqət yetirilməsinə çağırıb. Suriyada vətəndaş müharibəsi nəticəsində iki milyondan çox insan ölkəni tərk etmək məcburiyyəti qarşısında qalıb.

Bir il əvvəl ölkəni tərk edən insanların sayı 231 min idi.

BMT-nin qaçqınlar agentliyinin rəhbəri Antonio Quterres evlərindən didərgin düşən insanlar haqda danışaraq vəziyyəti fəlakət kimi qiymətləndirib və yaxın zamanlar buna bənzər hadisənin müşahidə edilmədiyini deyib.

Agentliyin Dəməşqdəki nümayəndəsi Tarik Kürdi ölkədə yaranmış vəziyyət nəticəsində Suriyanın daxilində də milyonlarla insanın bir yerdən digər yerə qaçması faktını qeyd edib.

İnsanların çoxu qonşu İordaniya, Livan, Türkiyə və İraqa köçüb. Bu ölkələrin hökumətləri yüz minlərlə qaçqına yardım etmək məcburiyyəti qarşısında qalıb.

BMT problemin həlli məqsədilə beynəlxalq yardım haqda müraciətlə çıxış edib. Lakin qaçqınların minimal ehtiyaclarını təmin etmək üçün lazım olan pulun cəmi 47 faizi toplanıb.
XS
SM
MD
LG