Accessibility links

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın "uydurma bəhanə ilə" Suriyaya hərbi müdaxiləsini suveren dövlətə qarşı aqressiya kimi qiymətləndirib. Birləşmiş Ştatların bir neçə yaxın müttəfiqi isə raket hücumlarını dəstəklədiklərini bildirib.

Qadın və uşaqlar da daxil edilməklə 100 nəfərə qədər mülki vətəndaşın ölümünə səbəb olan kimyəvi silahla dəhşətli hücumdan sonra beynəlxalq ictimaiyyətin Birləşmiş Ştatların Suriyanın hərbi bazalarına raket zərbələrinə reaksiyalar müxtəlifdir.

Vaşinqtonun bu addımı onsuz da zərif ABŞ-Rusiya münasibətlərinə əsaslı zərbə endirir.
Dmitri Peskov, Kreml sözçüsü

Suriya üzrə müşahidəçilər hava bazalarlına hücum zamanı azı 4 əsgərin öldüyünü deyir. Suriya rəsmiləri isə 6 nəfərin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib.

Baş qəraragahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu raket zərbələrinin ondan çox anqarı, yanacaq anbarını və havadan müdafiə bazasını zədələdiyini deyib.

Rusiya prezidentinin sözçüsü Dmitri Perskov Suriya prezidenti Bəşar Əl-Əsədin yaxın müttəfiqi Vladimir Putinin Suriyada kimyəvi silah olduğuna inanmadığını deyib.

Biz inanırıq ki, Əsəd rejimi beynəlxalq arenada tamamilə cəzalandırılmalıdır.
Nüman Kurtulmuş, Türkiyə baş nazirinin müavini

Kremlin bəyanatında vurğulanır ki, Birləşmiş Ştatların bu addımı onsuz da zəif olan Rusiya-ABŞ münasibətlərini daha da pisləşdirib.

Rusiyanın Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını təcili yığıncaq keçirməyə çağırıb.

İran öz növbəsində Birləşmiş Ştatların raket hücumlarını qınayaraq, "birtərəfli addımın təhlükəli və beynəlxalq qanunlara zidd" olduğunu deyib.

Türkiyənin Xarici İşlər Nazirliyi prezident Əsədin vəzifəsindən dərhal kənarlaşdırılmasına və müvəqqədi hökumət yaradılmasına çağırıb. "Bu rejimi təcili olaraq devirmək gərəkdir," deyə Mövlud Çavuşoğlu bildirib.

Britaniya ABŞ-ın raket zərbələrini "tam" dəstəkləyir.
Britaniya ABŞ-ın raket zərbələrini "tam" dəstəkləyir.

Britaniya hökumətinin sözçüsü Böyük Britaniyanın Briləşmiş Ştatalrın addımını tamamilə dəstəklədiyini deyib. Rəsmi London ümid etdiyini bildirib ki, kimyəvi silah hücumuna cavab Əsədi gələcək belə əməllərdən çəkindirəcək.

Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkelin birgə yaydıqları bəyanatda kimyəvi hücuma görə tam məsuliyyəti Bəşar Əl-Əsədin daşıdığı deyilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG