Accessibility links

Beynəlxalq müfəttişlər Suriyada kimyəvi arsenalı təftiş etməyə hazırlaşırlar


Beynəlxalq ekspertlər gələn həftənin çərşənbə axşamı Suriyada dünyanın yüksək səviyyəli kimyəvi silah monitorinq qrupunun tətbiq etdiyi plan üzrə kimyəvi arsenalı təftiş etməyə başlayacaq.

Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilat bu gün qətnamə layihəsinə dair səsvermə keçirəcək. Qətnaməyə əsasən 30 gün ərzində Suriya hökumət qüvvələrinə məxsus olan bütün kimyəvi silah bazalarında axtarışlar aparılacaq.

BMT Təhlükəsizlik Şurası qətnaməni təsdiqləyərsə, prezident Bəşar Əl-Əsəd 2014-cü ilin ortalarınadək kimyəvi silahlarını təhfil verməli olacaq.

Həftələrlə aparılan danışıqlardan sonra nəhayət ABŞ və Rusiyanın BMT qətnaməsi ilə bağlı razılığa gəldikləri deyilir.

Cümə axşamı Təhlükəsizlik Şurasının 15 üzvü qətnaməni nəzərdən keçirmək üçün bağlı-qapılar arxasında təcili görüş keçirib. Diplomatlar səsvermənin bu gün axşam keçiriləcəyini deyirlər.
XS
SM
MD
LG