Accessibility links

Suriyada oğurlanmış türk jurnalist azad edilib


Əl-Hürrə tele-kanalında işləyən Cüneyt Ünal Suriyanın Hələb şəhərində döyüşlər zamanı yoxa çıxmışdı

Suriya yaraqlıları tərəfindən üç ay bundan əvvəl oğurlanan Türkiyə jurnalistinin azad edildiyi və vətənə qayıtdığı bildirilir.

Birləşmiş Ştatlar tərəfindən maliyyələşdirilən Əl-Hürrə televiziya kanalında işləyən Cüneyt Ünal iordaniyalı həmkarı ilə birlikdə Suriyanın Hələb şəhərində hökumət qüvvələri ilə üsyançılar arasındakı toqquşmanı işıqlandırarkən yoxa çıxmışdı.

Ünal jurnalistlərlə söhbəti zamanı həmkarı Bəşar Fəhminin döyüşlər zamanı ciddi yaralandığını deyib.

Jurnalist yaralanan Fəhmiyə yardım etmək istəyərkən oğurlandığını və o vaxtdan bəri həmkarını görmədiyini bildirib. Ünal hərbi həbsxanada saxlandığını və Türkiyə kəşfiyyatına işləməkdə ittiham edilərək, dəfələrlə sorğu-sual edildiyini deyib.
XS
SM
MD
LG