Accessibility links

Suriya ordusu Dəməşq ətrafındakı əraziləri atəşə tutur


Suriya ordusu şənbə günü Dəməşq ətrafında ərziləri atəşə tutub. Fəallar Suriyanın əsas hava limanına gedən yola yaxın ərazilərdəki kiçik şəhərlər və kəndlərdə hava hücumları, artilleriya atəşləri və toqquşmaların olduğunu bildirirlər.

Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun verdiyi məlumata görə, hökumət qüvvələrinin Dəməşqdən cənub-qərbdə yerləşən hərbi baza yaxınlığında apardığı hərbi əməliyyatlar nəticəsində 14 üsyançı qətlə yetirilib. Onlar hökumət qüvvələrinin bununla paytaxt ətrafında özləri üçün təhlükəsiz ərazinin yaradılmasına çalışdığını bildirib.

Təhlilçilər Suriya rejiminin ölkədə 20 aydır sürən münaqişə ilə bağlı danışıqlar aparmaq məqsədilə Dəməşq ətrafında perimeterin yaradılmasına çalışır.

Ağır döyüşlər Suriya ordusunun Dəməşq hava limanı yaxınlığında genişmiqyaslı hücum keçirdikdən sonra başlayıb.

Bu arada, ölkədə telefon və internet rabitəsi iki gündən sonra bərpa edilib. ABŞ-da yerləşən Renesys şirkəti şənbə günü Suriyada internet xidmətinin bərpa olduğunu müşahidə etdiyini bidlirib. Suriyanın dövlət xəbər agentliyi SANA internet və mobil xidmətinin bütünlüklə bərpa edildiyini bildirib. Hökumət və üsyançılar rabitə xətlərinin kəsilməsində bir-birini ittiham edib.
XS
SM
MD
LG