Accessibility links

Suriya qüvvələri üsyançıların nəzarətində olan əraziyə raket atıb


Bu gün Suriya hökumət qüvvələrinin paytaxt yaxınlığında üsyançıların nəzarətində olan izdihamlı rayona raket atması nəticəsində azı 40 nəfər həlak olub.

Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, Dəməşqin şimal-şərqində yerləşən Douma şəhərinə hücum zamanı təxminən 100 nəfər yaralanıb. Ölənlərin sayı arta bilər.

Müşahidəçilərin cümə gününün yarısınadək davam etdiyini iddia etdiyi hücumlara dair Suriya hökuməti şərh verməyib.

Douma şəhərində müxalifət döyüşçüləri bir qayda olaraq Suriya ordusuna qarşı döyüşüb.

Hökumət qüvvələrinin Douma şəhərini bombalaması çox sayda mülkü vətəndaşın yaralanmasına və ya ölməsinə səbəb olub.

Avqustda bazarda həyata keçirilən hücum əksəriyyəti mülkü vətəndaş olmaqla, 112 insanın ölümünə səbəb olub.

2011-ci ildən bəri davam edən Suriya münaqişəsi təxminən 250 min insanın həyatına son qoyub.

XS
SM
MD
LG