Accessibility links

Suriyanın şimalında zəhərli qazdan istifadə edildiyi ehtimal edilir


Müşahidəçilər və mülki müdafiə işçiləri Suriya hökuməti yaxud Rusiyaya məxsus təyyarələrin Suriyanın şimalında havadan zəhərli qaz hücumu həyata keçirərək onlarla adamın ölmünə və ya yaralanmasına bais olduqlarını xəbər verir.

Qərbin humanitar və tibbi təşkilat koalsiiyası olan Tibbi Qayğı və Xilas Təşkilatı İttifaqı azı 100 adamın öldüyü, 350 adamın yaralandığını bildirir.

Bəşar əl-Əsəd rejiminin bu mənfur əməlləri keçmiş [Obama] administrasiyanın zəifliyi və qətiyyətsizliyinin nəticəsidir.
Şon Spayser, Ağ Evin sözçüsü

Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, İdlib vilayətinin şimalında Xan Şeyxun şəhərində hava hücumlarından sonra ölənlər arasında azı 11 uşaq uşaq olduğu müəyyən edilib.

Müşahidə qrupu bildirib ki, bomba hücumuna məruz qalanların əksəriyyətində boğulma, qusma və ağızda köpüklənmə kimi hallar müşahidə olunub.

Xan Şexhun qəsəbəsində qərargahlanan Fransa Press Agentliyi jurnalisti xəstələri müalivə olunduğöu xəstəxanaya mərmi çırpıldığını deyir.

Britaniyada qrərgahlanan qrup bildirib ki, hücumun Rusiya və ya Suriyanın döyüş təyyarələri tərəfindən həyata keçirilib-keçirilmədiyi məlum deyil.

Ağ Evin mətbuat katibi Şon Spayser
Ağ Evin mətbuat katibi Şon Spayser

Ağ Evdə çıxış edən mətbuat katibi Şon Spayser hücumu "dözülməz" adlandırıb və bildirib ki, hücuma görə məsuliyyəti prezident Bəşar əl-Əsəd daşıyır.

Spayser verdiyi bəyanatda Suriyada durumun bu hala çatmasına görə sabiq prezident Barak Obamanı qınayıb.

"Bəşar əl-Əsəd rejiminin bu murdar əməlləri keçmiş administarasiyanın zəifliyi və qətiyyətsizliyinin nəticəsidir," deyə o bildirib.

İdlib vilayəti 2001-ci ildən bəri prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı olan üsyançıların nəzarəti altındadır.

Suriyada vətəndaş müharibəsi yüz minlərlə adamın ölümünə səbəb olub.
Suriyada vətəndaş müharibəsi yüz minlərlə adamın ölümünə səbəb olub.

Münaqişə 400,000-dən çox insanın ölümünə, milyonlarla insanın evlərindən didərgin düşməsinə səbəb olaraq, İkinci Dünya Müharibəsindən sonra dünyada ən böyük qaçqın böhranı ilə nəticələnib.

Suriya hökuməti əvvəllər də mülkü vətəndaşlara qarşı kimyəvi silahlardan istifadə etməkdə günahlandırılıb. Rejim bu ittihamları rədd edib.

XS
SM
MD
LG