Accessibility links

Beynəlxalq kimyəvi silahlara nəzarət komandası Suriyada törədilən ölümçül hücumda sarin qazından istifadə edildiyini təsdiqləyib.

Kimyəvi Silahlara Qadağa Təşkilatı bu gün bəyanatında bildirib ki, onun faktların tapılması missiyası bu ilin əvvəlində Suriyanın İdlib vilayətinin Xan Şayxun ərazisində törədilmiş ölümçül hücumda sarin qazından istifadə edildiyini müəyyən edib.

Təşkilatın baş direktoru Əhməd Uzumcu bəyanatında bunları deyib - “Mən Kimyəvi Silahlar Konvensiyasının normalarına tamamilə zidd olan bu vəhşiliyi qınayıram. Bu dəhşətli hücumu törədənlər bu cinayətə görə cavab verməlidir.”

İndi Birləşmiş Millətlər Təşkilatı və Kimyəvi Silahlara Qadağa Təşkilatı tərəfindən birgə aparılan tədqiqatlar qadın və uşaqlar da daxil olmaqla azı 87 nəfərin ölümünə səbəb olan hücuma kimin məsuliyyət daşıdığını müəyyən etməlidir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG